Mineral resurslar

Mineral resurslar — hər hansı rayon, ölkə və kontinentdə yeraltı faydalı qazıntıların ehtiyatının məcmusu (daş kömür, neft, dəmir filizi, qızıl, volfram və s.)[1]

Xüsusiyyət və litosferi təşkil edən bütün maddələr daxildir. Bu resurslar təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur.

Mineral xammal filiz halında olduqda metal, qeyri-filiz halında olduqda isə ondan qeyri-metal komponentlər (fosfor və s.) əldə edilir. Həmçinin bu xammaldan tikinti materialı kimi də istifadə olunur.

Yanacaq kimi istifadə olunun mineral ehtiyatlar (daş kömür, neft, qaz, yanar şistlər, torf, oduncaq, atom enerjisi) buxar və elektrik enerjisi əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar yanacaq-energetik resurslar adlanır.

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in